AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Yeni tədris ilində Mingəçevir Dövlət Universiteti Elmi Şurasının ilk iclası keçirilib

2021-ci il sentyabrın 30-da yeni tədris ilində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının ilk iclası keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov yeni dərs ilinin başlanması münasibətilə Şura üzvlərini təbrik edib və gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb.

Əvvəlcə, 2021/2022-ci tədris ili üçün MDU Elmi Şurasının iş planı layihəsi müzakirə olunub və təsdiq edilib.

Sonra, 2020/2021-ci tədris ilinin yaz və yay imtahan sessiyalarının yekunları haqqında hesabat dinlənilib. Hesabatda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar respublikamızda qəbul edilmiş mövcud qərarlara və təlimatlara, eləcə də universitetdə təsdiq edilmiş qaydalara əsasən imtahanların məsafədən və şifahi olaraq təşkil edildiyi bildirilib. Aparılan müvafiq hazırlıq işləri, professor-müəllim və inzibati-texniki heyət üzvlərinin göstərdiyi səylər və həmrəylik sayəsində pandemiya şəraitində hər iki sessiyanın uğurla başa çatması, əvvəlki dövrlərlə müqayisədə müvəffəqiyyət və keyfiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşması diqqətə çatdırılıb. Məsələ ətrafında müzakirələr aparılıb və təqdim edilən hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.

Daha sonra, 2021/2022-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun yekunları haqqında hesabat dinlənilib. Hesabatda cari tədris ili üçün MDU-da tələbə qəbulu planının yerinə yetirilməsi göstəriciləri təqdim edilib. MDU tərəfindən aparılan təbliğat işlərinin effektivliyinin yüksəldilməsi, mövcud dövrün reallıqlarından irəli gələrək universitetə qəbul vəziyyətinin təhlil edilməsi və bununla bağlı təkliflərin hazırlanması barədə müvafiq tapşırıqlar verilib. Müzakirələr nəticəsində hesabat Elmi Şura tərəfindən qəbul edilib.

İclasda 2022/2023-cü tədris ilinin tələbə qəbulu proqnozu haqqında məlumat dinlənilib. Məlumatda növbəti tədris ili üçün ali təhsilin bakalavriat və magistratura səviyyələrində ənənəvi və yeni ixtisaslar üzrə təklif edilən tələbə qəbulu proqnozları diqqətə çatdırlılb və əsaslandırılıb. Müzakirələrdən sonra tələbə qəbulu proqnozu layihəsi Elmi Şura tərəfindən təsdiq edilib.

Elmi Şura iclasının gündəliyinə uyğun olaraq, rektor Ş.Bayramov cari tədris ilində qarşıya qoyulan vəzifələr haqqında ətraflı məlumat verib. Tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyi və nəticəyönümlüyünün artırılması, tərəfdaş xarici və yerli universitetlərlə əməkdaşlığın inkişafı, sənaye ilə işbirliyinin gücləndirilməsi, tələbələrlə işin təkmilləşdirilməsi, tədris-metodiki bazanın yenilənməsi, akademik və inzibati heyət üzvlərinin hazırlıq səviyyəsinin yüksəldilməsi və digər istiqamətlər üzrə görülməli olan işlər barədə danışan rektor aidiyyatı struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

COVID-19 pandemiyasının davam etdiyini vurğulayan Ş.Bayramov ənənəvi tədris şəraitində MDU-nun akademik, inzibati və texniki heyət üzvlərini, tələbə və magistrantlarını mövcud qaydalara daha həssas yanaşmağa, peyvəndlənməni başa çatdırmağa, tibbi maskadan istifadə etməyə, sosial məsafə saxlamağa, şəxsi gigiyena qaydalarına riayət etməyə və bunlarla bağlı aparılan maarifləndirmə işlərində fəal olmağa çağırıb.

İclasda, 2021/2022-ci tədris ilinin payız semestrində MDU-da tədrisin və təlim-tərbiyə prosesinin təşkilinə dair Qaydalar geniş müzakirə olunub. Qaydaların xüsusi karantin rejiminin mövcud tələbləri, qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər, MDU-nun mövcud infrastruktur imkanları, təhsilalanların və akademik heyətin COVID-19 infeksiyasından maksimum qorunması amilləri nəzərə alınmaqla hazırlandığı diqqətə çatıdırılıb. Müzakirələrdən sonra sözügedən Qaydalar Elmi Şura tərəfindən qəbul edilib.

İnfrastruktur təminatın yaxşılaşdırılması, elektron tədris resursları bazasının genişləndirilməsi və digər cari məsələlərin müzakirəsi ilə davam edən Elmi Şuranın iclasında MDU-da Karyera və İnkişaf Mərkəzinin yaradılmasına dair qərar qəbul olunub.

Sonda, MDU-da yeni fəaliyyətə başlayan, Türkiyə Respublkasının qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin elektrik-elektronika mühəndisliyi və informasiya təhlükəsizliyi sahələri üzrə tanınmış alimi, professor Ercan Nurcan Yılmaz, eləcə də universitetdə hüquqşünas vəzifəsinə yeni təyin olunan Elvin Abbasov Şura üzvlərinə təqdim olunub.

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close