Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Uşaq İncəsənət məktəbində Heydər Əliyevin 100 illik yubileyinə konsert təşkil olunub

Mayın 5-də Mingəçevir Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert  təşkil olunub.  Tədbirdə ulu öndərin həyatı və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan konsertdə məktəbin “Banu” rəqs  qrupu və  vokal qrupu, müəllim və şagirdləri fortepiano, qarmon, saz  və  tarda milli musiqimizdən incilər ifa ediblər. Çal-çağırlı tədbirdə xalq çalğı alətləri ansamblının müşaiyəti ilə səs sinfinin müəllim və öyrənciləri şən mahnılar səsləndiriblər.  İfalar alqışlarla qarşılanıb.

Mədəniyyət  İşçiləri Həmkarlar İttifaqının Mingəçevir şəhər komitəsinin  sədri Leyla Məmmədova   respublika və beynəlxalq müsabiqələrdə fəal iştiraklarına görə məktəbin bir neçə şagirdinə təşəkkürnamə və hədiyyə təqdim edib.

Dəvət olunmuş qonaqlardan  YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev ulu öndərin  yubileyinə layiqli tədbir təşkil etdikləri üçün Uşaq İncəsənət məktəbinin kollektivinə təşəkkür edib.

Məktəbin direktoru Esmira Salamova isə bundan sonra da kollektivin daha çox nailiyyətlər əldə edəcəklərinə inandığını deyib.  Tədbir iştirakçıları  konsert proqramından məmnun qalıblar.

Şərhlər bağlıdır.