Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Uğura gedən yol uğurlu düşüncədən keçir

285

“Əsrin müqaviləsi”nin imzalanması məhz Azərbaycan iqtisadiyyatını irəliyə aparan amillərdən biri olub. Ölkə iqtisadiyyatının dirçəldilməsində və mövcud qlobal maliyyə böhranı şəraitində dövlətin iqtisadi siyasətinin tarazlı qalmasında bu kontrakt böyük əhəmiyyət kəsb edir. Kontraktın imzalanmasından sonra Azərbaycanın iqtisadi-siyasi mövqeyi və beynəlxalq aləmdə gücü artıb.
20 il əvvəl ölkəmizin müstəqilliyinə qarşı həm xaricdən, həm də daxildən böyük təhlükələr yaranmışdı. Məhz həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan mövcud təhlükələrdən özünü qoruya bilib və dünyaya öz qapılarını açıb.
Bütün bunlar barədə sentyabrın 19-da Gənclər Evində gənc energetiklərin I forumunda danışılıb. Forum \”Əsrin müqaviləsi\”nin 20 illiyinə təsadüf edib. Tədbirdə Mingəçevir İcra Hakimiyyəti və KİV nümayəndələri, Mingəçevir Politexnik İnstitututnun energetika fakultəsinin, Tibb Kollecinin tələbələri iştirak ediblər.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Kamal Nəcəfli deyib ki, bu kontrakt Heydər Əliyevin siyasi-iqtisadi zəkası kimi ərsəyə gəlib: “Energetiklərimizin keçdiyi yola nəzər salsaq, Azərbaycanın inkişafında mühüm yer alan əsrin müqaviləsinin nə qədər dəyərli olduğunu anlayarıq”.
Gİİ-nin rəis müavini Sahil Hüseynov deyib ki, dünyanı narahat edən 7 qlobal problemdən energetika problemi 5-ci yerdədir: “Əsrin müqaviləsi” ilə Azərbaycan energi asılılığına son qoydu və dünyanın enerji probleminə öz töhfəsini verdi”.
Mövzu ətrafında Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, Mingəçevir Politexnik İnstitutunun müəllimi, texnika üzrə fəlsəfə doktoru Mahir İsmayılov da fikirlərini bölüşüblər.
Forumun ikinci hissəsi dəyirmi masa ətrafında, disskusiya formasında keçib. Gənclərin ictimai-siyasi həyatda fəallığının artırılması, təhsil aldıqları elm ocaqlarında dərin biliyə yiyələnməyin və özünü ifadə etməyin vacibliyi, işsizlik problemləri ilə bağlı məsələlərə önəm verilib.

Şərhlər bağlıdır.