Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Üçəmin valideynlərinə nə kimi dəstək göstəriləcək?

229

Mingəçevir Şəhər İcra Hakimiyyəti  başçısının avqustun 9-da 9 saylı məktəbdə keçirilən görüşü daha çox Ağdamdan olan məcburi köçkün Zaur Həsənovun  çıxışı ilə yadda qalıb. O, bildirib ki, üçəm övladları olandan sonra onlara diqqət və qayğının göstərilməməsi, xüsusilə ailənin ərzaqla təminatında, mənzil şəraitinin uyğun olmamasında problemlər yaşaması ilə bağlı ölkə başçısına, Heydər Əliyev Fonduna, eyni zamanda yerli strukturlara müraciət edib: “Mən iş tapa bilmirəm. Məcburam orda-burda çalışıb, ailəmi saxlayım. Bu uşaqların gündəlik qidasına, pampersinə pul çatdıra bilmirəm. Bizə ünvanlı sosial yardım da vermirlər”.

DSMF-nın və Məşğulluq Mərkəzinin yerli nümayəndələri açıqlama veriblər ki, Z.Həsənov rəsmi qaydada işləməklə ÜSY  almaq imkanı qazana bilər. İHB-nın və görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi Təşkilat Məsələləri şöbəsinin III Ərazi Sektorunun müdiri Vəfadar Bağırovun göstərişlərindən sonra ailənin problemləri ilə ciddi məşğul olmaq, yəni Z.Həsənovu  yubadılmadan iş yeri ilə təmin etmək və ÜSY almasına dəstək göstərrmək, mənzil şəraitini yaxşılaşdırmaq üçün Dövlətqaçqınkoma müraciət ünvanlamaq qərara alınıb.

20 Yanvar küçəsindəki 13, 15 və 17, Sabir küçəsindəki 1 və 3 və Maqomayev küçəsindəki 4 nömrəli binaların sakinləri ilə görüşnə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov ölkədə və şəhərimizdə görülən işlər barəsində məlumat verib. O, vurğulayıb ki, prezidentin sərəncamları ilə əhalinin sosial durumunun yaxşılaşdırılması durmadan davam etdirilir. Sentyabr ayından minumum əmək haqqı 250 manata, pensiyanın orta həddi 200 manata çatdırılacaq. Əhalinin məşğulluq səviyyəsi də yüksəlir. İşsizliyin aradan qaldırılması üçün “Dost” mərkəzlərinin köməyindən istifadə olunur. Mingəçevirdə abadlıq-quruculuq işləri davam etdirilir, parkların əraziləri genişləndirilir.

Görüşdə sakinlər bir sıra problemlərini qaldırıblar. Ağacların vaxtlı-vaxtında suvarılması üçün binaların qarşısına su xətlərinin çəkilməsinə, yaşayış evlərində istilik və məhəllələrdə  işıqlandırma sistemlərinin quraşdırılmasına ehtiyac var. 76 binanın zirzəmisi su ilə doludur, çünki kanalizasiya xətləri normal işləmir. sistemi bərbad halda olduğundan zirzəmidə anti-sanitariyanın mövcudluğunu diqqətə çatdırdılar. Şəhid anası Nabat Əliyeva isə oğlu üçün  tikdirdiyi evin ərazisindən keçən elektrik xəttinin yerinin dəyişdirilməsini xahiş edib.

Görüşə yekun vuran İ.İsmayılov idarə, müəssisə və təşkilat rəhbərlərinə, məsul şəxslərə tapşırıqlarını verib və sakinləri əmin edib ki, qaldırdıqları məsələlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçiriləcəkdir.

Şərhlər bağlıdır.