Bu gün səhər radələrində Yevlax rayonundan Mingəçevirə gələn mikroavtobus Xaldan qəsəbəsində qəzaya uğrayıb. Qəza nəticəsində 22 nəfər xəsarət alıb. Bir nəfər hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onlar – 2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə və Səadət Məzahir qızı Musayevadır.
Yaralılardan 19-ui Yevlax, 3-ü isə Mingəçevir xəstəxanalarına yerləşdirilib. Qəzaya düşənlərin əsasən Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir. Onlar – 2001-ci il təvəllüdlü Şahmalı İlbikə Ramil qızı, 1994-cü il təvəllüdlü Məmmədli Aygün Azər qızı, 2002-ci il təvəllüdlü Behbudov Murad Hüseyn oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmova Gülər Vidadi qızı, 1999-cu il təvəllüdlü İbrahimov Şahlar Abbas oğlu, 2001-ci il təvəllüdlü Əkbərov Əziz Əkbər oğlu, 2000-ci il təvəllüdlü Cəfərova Firuzə Rövşən qızı, 1977-ci il təvəllüdlü Hüseynova Aynurə Adil qızı, 1960-cı il təvəllüdlü Şəhriyarov Xudaverdi Qəzənfər oğlu, 2000-ci il təvəllüdlü Alxanov Elşən Rövşən oğlu, 2000-ci il təvəllüdlü Nəsibli Ülviyyə Ədalət qızı, 1999-cu il təvəllüdlü Məmmədova Nigar Azər qızı, 1993-cü il təvəllüdlü Məmmədova Rufanə Hüseyn qızı, 2003-cü il təvəllüdlü Cəbrayılov Elzamin Pərviz oğlu, 2002-ci il təvəllüdlü Qədirli Aytac Seymur qızı, 2002-ci il təvəllüdlü Nəcəfli Aysu Azər qızı, 2001-ci il təvəllüdlü Həsənov Ümid İsmayıl oğlu, 1982-ci il təvəllüdlü İmanova Gülnar Adil qızıdır.
Məlumata görə, tələbələri Yevlaxdan Mingəçevirə gətirən “Mercedes” markalı mikroavtobusun Xaldan qəsəbəsi istiqamətində təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.