Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Din xadimi toplumun anlayacağı şəkildə danışmalıdır

Din xadimi toplumun anlayacağı şəkildə danışmalıdır

“İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə

oktyabrın 13-də “Dini radikalizmə qarşı mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili” layihəsi çərçivəsində Mingəçevirdə fəaliyyət göstərən “Mənəvi saflıq” Vətəndaş maarifçiliyi fondunun üzvləri ilə növbəti tədbirini keçirib. Layihənin rəhbəri Əliqismət Kərimov və təlimçi Zahid Qasımlı dini radikalizmlə mübarizədə din xadimlərinin rolundan danışıblar. Onların fikrincə, din xadimi dini təbliğ etməyi və onu topluma yüksək səviyyədə, toplumun anlayacağı və qəbul edə biləcəyi şəkildə çatdırmağı bacarmalı, dünyada baş verən sosial və mədəni dəyişiklikləri yaxından izləməli, mükəmməl əxlaq sahibi olmalıdır.

“Mənəvi saflıq” Vətəndaş maarifçiliyi fondunun sədri Əhməd Məmmədov dini radikalizmə meyllənmənin səbəbləri haqda söhbət açıb. O, deyib ki, dini məsələlərlə bağlı tədbirlərdə çıxış edənlər ictimayyəti çaşdırmamalı, cəmiyyətə düzgün mesaj verməlidirlər: “Biz bilməliyik ki, Azərbaycanda hansı dinlərin nümayəndələri yaşayır, nə kimi dini istiqamətlər var. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dini coğrafiyanı və dini prosesləri də bilməliyik ki, problemin necə yarandığını aydınlaşdıra bilək”.

Şərhlər bağlıdır.