Oleq Kuznetsov: “Dağlıq Qarabağın açarı tək Rusiya deyil, həm də Amerikanin əlindədir”
Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində tanınmış rus tədqiqatçısı, hüquqşühas, müəllim və publisist Oleq Yuriyeviç Kuznetsovun gənclər və media nümayəndələri üçün məlumatlandırma sessiyasi olub. Məruzəsini “Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı” mövzusunda quran tarixçi düşmənlərimizin zaman-zaman türk millətinə qarşı bədxah niyyət və hərəkətlərindən, eyni zamanda II dünya müharibəsi zamanı faşist Almaniyasına həvəslə xidmət etmələrindən danışıb. Oleq Yuriyeviç türk millətinin böyüklüyünə qısqanclıqla yanaşan A.Hitler, İ.Stalin və digər vəzifə sahiblərinin terror törədən ermənilərə himayədarlarıq etdiyini vurğulayıb.
“Mingəçevir işıqları” qəzetinin əməkdaşı “Dağlıq Qarabağla bağlı hansı irəliləyiş müşahidə olunur?”, “Azərbaycan ictimaiyyəti bilir ki, Dağlıq Qarabağın açarı Rusiyanın əlindədir. Rusiya bu açarı Azərbaycana hansı şərtlərlə verə bilər?” və “Azərbaycanda 30 minə yaxın erməni əsilli insan yaşayır. Bəs müharibə yekunlaşarsa, azərbaycanlılara Ermanistanda yaşamaq imkanı yaranarmı?” və digər suallarını Kuznetsova ünvanlayıb.
Oleq Yuriyeviç bildirib ki, reallıqda bu məsələ ilə bağlı ən doğrusunu Ermənistan və Azərbaycan prezidentləri daha yaxşı bilir: “Cənab İlham Əliyev də həmişə fikirləri ilə bölüşür. Ona görə konfliktin həllində hansi irəliləyiş var-bunu mən deyə bilmərəm. Düşünürəm ki, Ermənistanda da cəmi bir neçə aparat işçisinin məlumatı var bu barədə. Onu deyə bilərəm ki, 2010-cu il Kazan görüşməsində Rusiyanın prezidenti Dimitri Medvedyev demişdir ki, Dağlıq Qarabağ məsələsinin nizamlanması Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarından asılıdır. Xarici İşlər nazirləri bu məsələdə sadəcə köməkçi rolunu oynayırlar. Fantaziyalardan çıxış edərək çox fikir söyləmək olar. Amma sizin bu sualınıza başqa real cavabım yoxdur.
Rusiya niyə DQ-ın açarını vermək istəmir, çünki hər şey Rusiyadan asılı deyil. Əgər yadınızdadırsa, Paşenyan hakimiyyətə gələndə aktiv olaraq o ideyanı irəli sürdü ki, danışıqlarda Stepanakertdən (Xankəndi-Y,N) separatçı nümayəndələr də iştirak etməlidirlər.
Digər sualınızla bağlı onu deyə bilərəm ki, ABŞ-da “Azadlığa Dəstək” Aktına 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən qəbul edilib və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayıb. Bu düzəliş Azərbaycanın tam əleyhinədir. ABŞ DQ-nı Azərbaycan və Ermənistanın sərhədlərindən kənarda olan ərazi kimi qəbul edir. Ona görə də DQ-nın açarı tam olaraq Rusiyanın əlində deyil.
Yeganə NƏBİYEVA
Çox aktual məsələrə toxunulub. Düşünürəm ki, Azərbaycan mediası Dağlıq Qarabağın açarının Rusiya ilə bərabər ABŞ-ın əlində olması barədə fikirləri diqqətdən qaçırmayacaqdır.