Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tələbələr Göygöl Milli Parkında

Mingəçevir Turizm Kollecinin bir qrup tələbəsi  bu günlərdə Göygöl Milli Parkına ekskursiya edib. Kollecin səyahət və ekskursiya şöbəsinin müdiri  Bəhruz Kərimov, pedaqoqlardan  Aydın Rəhimov və Samir Tağızadənin müşaiyəti ilə baş tutan gəzintiyə Turizm və onun təşkili, Turist, mehmanxana təsərrüffatının təşkili və idarə olunması,  eləcə də Bələdçilik işi ixtisasları üzrə təhsil alan tələblər qatılıb.  Ekskursantlara Göygöl və Maralgölün yaranma traixi, ətrafdakı ərazilərdə istirahət  turizminin inkişaf mərhələləri barədə məlumat verilib. Tələbə və müəllimlər Ağsu çayının sahilində yerləşən “Laçın” istirahət mərkəzində dincəlmək fürsətindən də yararlanıblar.

Şərhlər bağlıdır.