STP Müdafiə Nazirliyinə hərbi texnikaların daşınması üçün maşın və qoşqu hədiyyə etdi
STP-nin Kommunikasiya / İctimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyevin qəzetimizə açıqlamasına görə, şirkətlər qrupu Zəfər günü münasibətilə Müdafiə Nazirliyinə hərbi texnikaların daşınması üçün maşın və qoşqu hədiyyə edib: “Hədiyyə edilən qoşqu 50 tona qədər yükgötürmə qabiliyyətinə malikdir və təkərli, tırtıllı zirehli texnikaların daşınması üçün nəzərdə tutulub. Onun çəkisi 13 ton, uzunluğu 15.45m, eni 3.4m və yerdən platformaya qədər olan məsafəsi 1.14m-dir”.
R.Əliyevin sözlərinə görə, müəssisə müxtəlif məhsul istehsalını təmin edən avadanlıqları və sifarişçinin istəyinə uyğun həllər hazırlaya bilən mütəxəssis heyəti ilə daim Müdafiə Nazirliyinin yanında olub: “Həmçinin şirkət bu günə kimi dəfələrlə öz texniki bilik və təcrübəsini Nazirliklə bölüşüb və gələcəkdə də bölüşməyə hazırdır”.
Şərhlər bağlıdır.