Aktual

Mingəçevir su anbarında qanunsuz balıq ovu ilə məşğul olan şəxslər aşkarlanıb

Qanunsuz bal;q ovlayanlar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının keçirdiyi reydlər zamanı müəyyən olunub

APA-nın Mingəçevir bürosunun məlumatına görə, qanunsuz balıq ovu halları anbarın Mingəçevir şəhəri və Yevlax rayonu ərazisində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının keçirdiyi reydlər zamanı müəyyən olunub.

“Ayı buxtası” deyilən su hövzəsində Yevlax rayon sakini Ağakişiyev Orxan Rövşən oğluna məxsus hər biri 140 metr uzunluqda olan iki sintetik tor, “Xanabad” körfəzində Yevlax rayon sakini Hüseynov Şikar Üzeyir oğluna məxsus 35 metr uzunluğunda sintetik tor və 9 ədəd çapaq balığı, Mingəçevir çimərliyinə yaxın vadilərdə şəhər sakini Nəbiyev Hüseyn Elşən oğluna məxsus 35 metr uzunluğunda sintetik tor, həmçinin 10 ədəd sırf və çapaq balıqları, eləcə də şəhər sakini Hüseynzadə Fizuli Məsim oğluna aid 65 metr uzunluğunda sintetik tor və 6 ədəd şamayı və sırf balıqları aşkar edilib.

Qanunsuz balıq ovçularına qarşı protokollar yazılaraq müvafiq qaydada cərimələr tətbiq edilib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu xəbəri oxumusunuz?

Close
Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker