Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əslən Şuşadan olan Əzəmi Hüseynov mayın 8-də bulaq kimi çağladı

448

Əzəmi Əli oğlu Hüseynov 29 avqust 1992-ci ildə  Mingəçevir şəhərində doğulub. Əsli Şuşadandır. 1999-2010-cu illərdə şəhərdəki 14 nömrəli tam orta məktəbdə  və 2010-2014-cü illərdə Mingəçevir Dövlət Universitetində təhsil alıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Əzəmi Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Mayın 8-də  Mingəçevirdə Əcəmi Hüseynovun adına inşa edilən bulağın açılışı olub. Azərbaycanın himni səslənib, bütün şəhidlərimizin ruhuna dualar oxunub. Maraqlı kompozisiya ilə təşkil olunan mərasimdə şəhidin anası, həyat yoldaşı və bacıları onun qısa, lakin şərəfli ömür yolundan danışıblar. Həmin mərasimdə Əzəmi Hüseynovun xatirəsinə ehsan süfrəsi də açılıb.

Şərhlər bağlıdır.