Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib

175

2021-ci ilin 8 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Dahi azərbaycanlı” sənədli filmi nümayiş etdirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən filmin nümayişində MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Ulu öndərin zəngin ömür yolundan bəhs edən filmdə dahi şəxsiyyətin uşaqlıq və gənclik illəri haqqında maraqlı faktlar, onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri əks etdirilib.

Qeyd edək ki, MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir, görkəmli dövlət xadiminin zəngin irsinin öyrənilməsi və gənc nəsilə çatdırılması diqqət mərkəzində saxlanılır.

Şərhlər bağlıdır.