Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ramazan bayramı münasibətilə Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib

2021-ci ilin 7 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri Ramazan bayramı münasibətilə MDU-nun bir qrup əməkdaşını ailələrində ziyarət ediblər.

Ömürlərinin böyük hissəsini MDU-nun uğurlarına sərf etmiş Ofeliya Məmmədova, Solmaz Əliyeva, Əbülfət Ədilov və digər əməkdaşlarla görüşən HİK üzvləri onları qarşıdan gələn Ramazan bayramı münasibətilə MDU-nun rektoru Şahin Bayramovun və bütün kollektivin adından təbrik ediblər.

MDU əməkdaşları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və universitetin kollektivinə təşəkkür ediblər.

????????????????????????????????????

Şərhlər bağlıdır.