Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sahil Hüseynov “İş Dünyasında İmic və Biznes Etiketi” kitabının təqdim etdi

246

Bu gün, noyabrın 17-də  Mingəçevir Gənclər Evində şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Sahil Hüseynovun “İş Dünyasında İmic və Biznes Etiketi” kitabının təqdimatı keçirilib. Gİİ-nin rəisi Kamal Nəcəfli, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və başqaları  gənc tədqiqatçının ərsəyə gətirdiyi kitabın məziyyətlərindən danışıblar.

Kitabın müəllifi Sahil Hüseynov imic və etiket barədə anlayışlara aydınlıq gətirib: “İmici dəyişmək üçün xarakteri dəyşmək lazımdır. Bir çox hallarda insanlar imiclə  etiketi qarışdırırlar. Dövlətin, təşkilatın, şəxsin imici var. Məsələn, İphone əslində adi bir telefondur, sadəcə onun qiymətini qaldıran imicidir. Amma dünyanın, cəmiyyətin  inkişafı etiketlə bağlıdır. İmic binadırsa, etiket onun kərpicləridir. Məsələn, “Asan xidmət”in ən böyük uğuru onun etiket qaydalarına ciddi əməl etməsidir. Əgər biz kərpicləri lazımi qaydada üst-üstə qoymasaq, arzu etdiyimiz bina alınmaz”.

Müəllif müxtəlif peşə sahiblərinə, xüsusən gənclərə ünvanladığı kitabın gələcəkdə dərs vəsaiti kimi qəbul ediləcəyinə inandığını bildirir: “Azərbaycanda bu sahə demək olar ki, araşdırılmayıb. Təbii ki, kitabın qüsurları da var. İnsan mükəmməl olmadığı kimi, kitablar da tam mükəmməl ola bilməz. Amma faydalı bir kitab yazmağa çalışmışam”.

Təqdimatın sonunda müəllif tədbirə toplaşanlara yeni kitabını hədiyyə edib.

Şərhlər bağlıdır.