Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə sərnişindaşıma ilə məşğul olan xeyli sürücü cəzalandırıldı

Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti  reyd keçirib. Reyd zamanı sərnişindaşıma zamanı  sürücülük hüququ olmayan, cərimələri ödəməyən, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşib. Reyddə polisə tabe olmayan sürücülər də aşkarlanıb. Onlara qarşı da protokollar tərtib olunub.

Mingəçevir şəhər Polis şöbəsi Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun sözlərinə görə, 2 saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyydə sərnişindaşımada sıxlıq yaradan 16 sürücüyə qarşı protokol tərtib edilib: “Avtomobillərdə  arxa yan şüşələrdə jalüzlərdən istifadə edən sürücülər də aşkarlandı. Jalüzlərdən istifadə edən   18 sürücüyə protokol tərtib olundu.  Qaydaları pozan, dayanacaqlardan kənar yerdə saxlayan və nəqliyyat vasitəsini səliqəsiz, çirkli halda  idarə edənlərə qarşı da  müvafiq qaydada tədbirlər görülüb”.

Şərhlər bağlıdır.