AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər

Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri tədris planına uyğun olaraq Mingəçevir şəhərinin müxtəlif ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında təcrübə keçirlər.

Mingəçevir şəhərində yerləşən 10 saylı “Qərənfil” körpələr evi-uşaq bağçasında təcrübə keçən MDU-nun tələbələri yeni təlim metodlarından istifadə etməklə tərbiyəçi-müəllimlər ilə birlikdə maraqlı tədbirlər həyata keçiriblər. Tələbələr uşaqlara “Tıq-tıq xanım” nağılının motivləri əsasında səhnəcik nümayiş etdiriblər.

Qeyd edək ki, pandemiya şəraitinin mövcud qaydalarına uyğun şəkildə tələbələrin istehsalat təcrübəsində yüksək səviyyədə iştirakının təmin edilməsi MDU-da diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Close