Xəbərlər

Səyyar Asan Xidmət Mingəçevirdə

Hər gün təxminən 300 nəfər qədər vətəndaş xidmətə müraciət edir

Sentyabr ayının 5-dən etibarən səyyar Asan Xidmət Mingəçevir şəhərində vətəndaşlara səyyar formada xidmətə başlayıb. Ayın sonunadək davam edəcək xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Qurumun nümayəndəsi Mehrac Cabbarlı bu barədə müxbirimizə məlumat verib. O, əlavə edib ki, hər gün təxminən 300 nəfər qədər vətəndaş xidmətə müraciət edir.

Şəhər sakini Elnur Ağabəyov deyir ki, sənəd almaq üçün Asan Xidmətdən istifadə edir: “Bundan əvvəlki gəlişlərində 3 övladımın sənədinin asanlıqla düzəlməsində Asan xidmət yardımçımız oldu. Heç bir çətinlik çəkmədən şəffaflıqla övladlarımın şəxsiyyət vəsiqələrini aldıq. Bu günisə sürücülük vəsiqəmin dəyişdirilməsi üçün müraciət etmişəm”.

Gülnarə Nəsrullayeva, Ətrabə Sadıqova, Toğrul Xəlilov da Asan Xidmətə güvəndiklərini deyiblər.

Mingəçevir Regional Debat Mərkəzinin 12 könüllüsü xidmətdə iştirak edir. Onlara xidmətdə iştiraklarına görə sertfikat təqdim olunacaq.

Daha çox

Oxşar yazılar

Close