Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şərq Tərəfdaşlığı: Donor dəstəyinin gələcəyini müzakirə etmək üçün media sahəsində çalışan ekspertlər Riqada toplanıb

Avropa İttifaqı Azərbaycan Nümayəndəliyindən verilən məlumata görə, noyabrın 13-də və 14-də Latviyanın paytaxtı Riqada media sahəsində çalışan 100-ə yaxın peşəkarın, Aİ rəsmilərinin və medianın inkişafı sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələrinin iştirakı ilə “Şərq Tərəfdaşlığı Media Konfransı 2019: Biznes və Dayanıqlıq” adlı tədbir keçirilib. Avropa Xarici Fəaliyyət Xidməti və Latviya hökumətinin dəstəyi ilə Avropa Komissiyası tərəfindən təşkil edilən konfransda Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində müstəqil kütləvi informasiya vasitələrinin həyat qabiliyyətinin artırılmasına dair strategiyalar müzakirə edilib.

Tədbir iştirakçıları ŞT ölkələrində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) jurnalistlərin qarşılaşdıqları çətinliklərə toxunaraq gəlirli biznes modellərinə uğurla keçən fərdi kütləvi informasiya vasitələri ilə bağlı nümunələr təqdim ediblər.

Regionda fəaliyyət göstərən müstəqil kütləvi informasiya vasitələrinin imkanlarının artırılmasına yönəlmiş rəqəmsallaşdırma, məlumatların təhlili və auditoriyanın öyrənilməsinə daha yaxşı çıxış, monetizasiya strategiyaları, yeni platformalara və xidmətlərə şaxələndirilmə, media sahəsində idarəetmə bacarıqlarının inkişafı kimi məsələlər diqqət mərkəzində olmuşdur. Konfransın nəticələri və tövsiyələri Şərqi tərəfdaş ölkələrində media sahəsinə gələcəkdə donor dəstəyinin formalaşmasına töhfə vermək üçün hazırlanmışdır.

Sözügedən konfrans, 2017-ci ildə Kiyevdə keçirilən və regionda çalışan peşəkar jurnalistlərin üzləşdiyi əsas problemin iqtisadi dayanıqlıq olduğunu müəyyənləşdirən “2-ci ŞT Media Konfransının” davamı olaraq təşkil edilib.

Şərhlər bağlıdır.