Sərhəd bölgələrində təhlükəsiz yaşamaq üçün
Humanitar Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sərhəd bölgələrində təhlükəsiz yaşayış: icma davamlığı sahəsində maarifləndirmə işinin aparılması” layihəsinin icrasını davam etdirir. Qazax və Tovuzun sərhəd kəndlərində yaşayan və tədbirə qatılan insanlar və HTİB-nin sədri Əvəz Həsənov mövcud ərazidə yaranmış vəziyyətdən danışıblar. Qeyd olunub ki, əhali onlar üçün təhlükəsiz otlaq və əkin sahələri yaradılmasını illərlə gözləyir. Narahatlıqla vurğulanıb ki, bəzi məmurların havadarlığı ilə sərhəddəki meşə zolaqları qırılır.
Layihə çərçivəsində avqustun 8-də keçirilən dəyirmi masada başqa məsələlərə də toxunulub. Belə ki, vətəndaşların ayrı-ayrı problemlərin həlli üzrə birləşə bilməməsi, xırda yerli məsələnin ancaq mərkəzdən həll olunması reallığa çevrilib. Təhlükəsiz sığınacaqlara ehtiyac var.
Əvəz Həsənov deyib ki, kənddəki insanların şəxsi problemlərini həll etmək bu gün çox vacibdir: “İstənilən problem qaldırılırsa, həllini tapır”. Layihə rəhbərinin dediyinə görə. yaxın günlərdə Qazaxda və Tovuzda sərhəd kəndlərinin təhlükəsizliyi ilə bağlı təlimlərə başlanacaq.
Şərhlər bağlıdır.