Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Region psixoloqlarının bilik və bacarıqları artırılır

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyiilə icra etdiyi “Məişət zorakılığı ilə üzləşən ailələrdə uşaq hüquqlarının müdafiəsi məqsədilə psixoloqların rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Məişət zorakılığı ilə üzləşən ailələrdə uşaq və ailələrlə social və psixoloji iş” mövzusunda məktəb psixoloqlarının iştirakı ilə Tərtər rayonunda 4-5-6 oktyabr 2019-cu il tarixlərini əhatə edən 3 günlük təlim keçirmişdir.

Təlimə Tərtər, Beyləqan, Ağdam, Bərdə və Goranboy rayonlarından olan 25 məktəb psixoloqu cəlb edilmişdir. Tədbiri “Hüquq Dünyası” Hüquqi Təbliğat İB-nin sədri Rafiq Alışov açaraq qeyd etmişdir ki, layihənin əsas məqsədini məktəb psixoloqlarının bilik və bacarıqlarının artırmaqla, uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirmək, məişət zorakılığına məruz qalmiş ailələrdə uşaq hüquqlarının qorunmasında məktəb psixoloqlarının rolunun gücləndirmək təşkil edir. Qonaqlar Tərtər rayon İcra Hakimiyyətinin Başçısının müavini Elvin Umudov, Tərtər rayon Təhsil şöbəsinin əməkdaşları həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, uşaq hüquqlarının müdafiəsində və məişət zorakılığı ilə üzləşən ailələrdə uşaqlara psixoloji xidmətin göstərilməsi məqsədilə region psixoloqlarınin rolunun gücləndirilməsi baxımından faydalı olacağını bildirmişdir. Sosial iş üzrə mütəxxəsis Güllarə Pənahova və təlimçi-psixoloq Vüsalə Əmiraslanova tərəfindən təlim zamanı social işin əsas elementləri, məişət zorakılığı ilə üzləşən ailələrlə social iş, uşaq hüquqlarının müdafiəsi və valideyn məsuliyyəti, psixoloji xidmət haqqında qanun, psixoloji xidmətin məqsədi, vəzifələri və xüsusiyyətləri, təhsildə uşaqlarla psixoloji işin təşkili, psixodiaqnostika, psixokonsultasiya, məişət zorakılığı ilə üzləşən ailələrdə uşaqlara psixoloji dəstək və psixoloji xidmət mövzuları ilə bağlı təqdimatlar edilmiş, müxtəlif qiymətləndirmə formaları, problemli situasiya üzrə psixoloji konsultasiya praktiki işi və rol oyunu aparılmışdır. Təlimdən sonar qeyd edilən rayonlardan təlimdə iştirak etmiş psixoloqlar əldə edilmiş biliklərlə hədəf qrupu ilə psixoloji iş apararaq, hesabat hazırlayib təqdim etməsi və “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici seminarlar təşkil etməsi nəzərdə tutulur. Bu da layihənin davamlılığı üçün əsas amillərdən biri olacaqdır.

İştitakçılar layihə çərçivəsində təşkil olunan təlim kursunun ümumtəhsil məktəblərində və reablitasiya mərkəzlərində çalışan region psixoloqlarının bilik və bacarıqlarının artırılmasında böyük bir təcrübə olduğunu qeyd etmiş, layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, layihənin uğurlu icrasına görə “HüquqDünyası” Hüquqi Təbliğat İctimai Birliyinə öz dərin təşəkkürünü bildirilmiş və məktəb psixoloqları üçün belə praktiki təlimlərin davamlı olaraq, uzun müddətli təşkil edilməsinin zəruriliyini qeyd etmişlər.

Təlim kursunun sonunda iştirakçılara Sertifikatlar təqdim olunmuşdur.

Şərhlər bağlıdır.