Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qızlar xəyalpərəst olurlar, 2-ci yazı

Güclü xəyallar güclü insanlara məxsusdur.

Qızlar xəyalpərəst olurlar, kiçik sevinclər belə onları xoşbəxt etməyə, səmalara pərvazlanmağa bəs edər, çünki qızlar həyata daha çox ruhən, duyğuları, hissləri ilə bağlıdırlar. Yəni qadınlar dünyaya mənəvi olaraq daha çox bağlıdırlar, kişilər isə daha çox fiziki olaraq, fiziki gücləri, imkanları ilə bağlıdırlar, yəqin ki, buna görə qadınları anlamaqda çətinlik çəkirlər. Həyat isə davam edər, günlər keçər illəri yola salarsan, bir gün sənə elçi düşəndə bu həyatda iki seçiminin olduğunu anlayarsan: Ya xəyallarınla birgə tək yaşamaq, ya da yaxşı insan olduğuna əmin olduğun biri ilə həyatına davam etmək. Niyə? Çünki ən azı atan qədər ağıllı, mədəni, alicənab hesab etdiyin birinə yaxşı ata olmaq şansı vermək üçün. Qızlar xəyalpərəst olsalar da çox güclü olurlar, böyüdükcə həyatın mənəvi yükünü, mənəvi məsuliyyətini daha çox hiss və dərk  edirlər. Qadın və ya kişi olmağımız, rəngimiz, doğulduğumuz ailə bizim seçimimiz olmasa da, yaxşı insan olmaq bizim seçimimizdir. Bütün hallarda yaxşı insan olmaqdan vaz keçməyənlərə sevgilərlə!

 

Şərhlər bağlıdır.