Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetinin könüllü tələbələri “Könüllülər Kuboku”nda nailiyyət əldə ediblər

17 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə yüngül atletika idman növündən rayon və şəhərlər üzrə “Könüllülər Kuboku” yarışması keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd könüllü təşkilatlarda fəaliyyət göstərən gənclərin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsi, gənc könüllülər arasında sağlam həyat tərzi və idman vasitəsi ilə sosial fəaliyyətin artırılması, gənc könüllülər arasında idmanının inkişafı və könüllü idman üzrə beynəlxalq idman əlaqələrinin möhkəmləndirlməsi, iştirakçılara vətənpərvərlik hisslərinin aşılanması və könüllü-gənclərin asudə vaxtlarının səmərəli təşkil olnmasıdır.

Kubokda Mingəçevir Regional “ASAN Xidmət Mərkəzi, Gənclər Evi, Mingəçevir Turizm Kolleci, Mingəçevir Dövlət Universiteti və 10 saylı tam orta məktəbin könülləri iştirak edibdir. Sonda 10 saylı tam orta məktəbinin könüllüləri birinci yerə, MDU-nun könüllü tələbələri ikinci yerə, Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzinin könüllüləri isə üçüncü yerə yüksəlibdir.

Yarışda I, II və III yеrləri tutan komandalar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Könüllüləri şəhər (rayon) idman idarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri ilə təltif olunublar.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin tələbələrini bu yarışa İdman və Sağlamlıq Kompleksinin direktoru Fərman Məmmədov hazırlayıb.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close