QHT

“Qızıl payız“ Mingəçevirdə

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi növbəti layihəsini gerçəkləşdirir

Dekabrın 16-da Mingəçevir  Gənclər evində “Qızıl payız“ yaradıcılıq festivalı keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə  Gənclər üçün Təhsil Mərkəzinin gerçəkləşdirdiyi layihənin məqsədi gənclərin bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq idi.

GTM Mingəçevir regional ofisinin rəhbəri Tural Kərimov bildirib ki, festival istedad axtarışlarının nəticələsinin təqdimat mərasimidir: “Festivalın 3 regionda-Mingəçevir, Gəncə şəhərlərində və Ağcabədi rayonunda keçirilir. Festivallara hazırlıq məqsədilə hər 3 regionda yaradıcılıq dərnəyi qurulub. Bu dərnəklər qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərin öz bacarıqlarını inkişaf etdirmələri, özünü cəmiyyətə tanıtdırmaları və inkişaf etmiş yaradıcı insana çevrilmələri üçün böyük imkanlar yaradır”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi  gənclərimizin istedadlarının üzə çıxarılması üçün keçirilən belə tədbirlərin mütamadi xarakter alacağına inandığını deyib. Mingəçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli  isə bildirib ki, istedadlı gənclərə hər zaman dəstək  verməyə hazırdır: “Bu festival bir daha sübut edir ki, Mingəçevir hər zaman öz istedadlı gəncləri ilə seçilir”.

Rəsmi açılış mərasimindən sonra səhnə yaradıcı gənclərin ixtiyarına verilib. Uşaq Yaradıcılıq Mərkəzi və Gənclər evi kollektivlərinin ifasında gözəl rəqsləri və şeirlər tədbirə rəngarənglik verib.  Sonda yaradıcı gənclərin hər birinə diplomlar təqdim olunub.

Daha çox

Oxşar yazılar

Close