Ədəbiyyat

“Qəfil döyülən qapı”

Camal Zeynaloğlu yeni kitabını oxucularının ixtiyarına verib

Yazıçılar Birliyinin üzvü, yazıçı  Camal Zeynaloğlunun yeni “Qəfil döyülən qapı” kitabı oxucuların ixtiyarına verilib. Kitabda “Qəfil döyülən qapı” povesti ilə yanaşı yazıçının bir sıra oçerkləri də yer alıb. Bu müəllifin sayca 16-cı kitabıdır. İstedadlı bir yazıçı kimi Camal Zeynaloğlunun mövzu dairəsi genişdir.  Camal Zeynaloğlu  zamanın nəbzini tutan, yazıçı-publisist, tərcüməçi-psixoloq kimi öz əsərləri ilə ədəbiyyatımıza yeniliklər gətirən yazarlardandır. O, qələmə aldığı hekayə və povestlərdə haqsızlığa qarşı mübarizə, qanunun aliliyini qoruyub saxlayan, ona hörmətlə yanaşan bəzi hüquq müdafiəçilərin hələ də cəmiyyətdə var olmaları, insan ləyaqətini, şərəfini hər şeydən uca tutan qəhrəmanların mövcudluğu və onların cəmiyyətdə tör-töküntülərinə qarşı mübarizə aparması oxucularda istər-istəməz sabaha ümid və inamla baxmasına stimul verir.  “Qəfil döyülən qapı” povestinə qədər  Camal Zeynaloğlu oxucuların görüşünə “Uğursuz nikah” “Məni qınamayın” “Qanlı fevral gecəsi”, “Tanrı cəzası”,”Gecikmiş sevgi” və “Ölümlə üz-üzə” kitabları ilə gəlib.

Daha çox

Oxşar yazılar

Close