Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT-dən Mingəçevirdəki imkansız və problemli ailələrə dəstək

“Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi” İctimai Birliyi   Azərbaycan Respublikası Prezidenti Yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə “İmkansız ailələrdə valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsinə dair tədbirlər”  barədə  yeni layihəsinə start verib. Avqustun 15-dək davam edəcək layihənin əsas məqsədi Mingəcevir şəhərində yaşayan imkansız və problemli ailələrin maddi vəziyyətini araşdırmaq, bu ailələrdə uşaq-valideyn münasibətlərinin yaxşılaşdırılmasına nail olmaqdır.

“Biz ailə adət-ənənələrini təbliğ etməyi, imkanı zəif olan ailələrə maddi yardlm göstərməyi, sivil valideyn-övlad münasibətlərini bərpa etməyi, cəmiyyətdə xeyriyyəçiliyin güclənməsi üçün xeyriyyəçilərin, bələdiyyələrin, dövlət orqanlarının, iş adamlarının və ictimai birliklərin birgə fəaliyyət mexanizmini yaratmağı qarşımıza vəzifə qoymuşuq. 50  ailə haqqında məlumat toplayacaq, valideynlərlə övladlarının münasibətlərini  araşdırıb, maddi vəziyyətlərini dəyərləndirəcəyik. Birbaşa benefisiarlarımızı müəyyənləşdirdikdən sonra onların  iş adamları, xeyriyyəçilər və digər maraqlı şəxslərlə tanışlığına nail olacağıq. Qazanılmış təcrübəni digər bölgələrdə də yayacağıq”- layihənin və təşkilatın rəhbəri Füzuli Əsədov belə deyib.

Şərhlər bağlıdır.