Bizimlə həyatınız həmişə işıqlı olacaq!

71 ilin işığında

304

Noyabrın 11-də Mingəçevir şəhərinin 71 yaşı olub. Son günlərin bayramları ilə üst-üstə düşən şəhər günü fərqli ampulada keçirilib. Belə ki, prospekt, küçə və məhəllələrdə təmizlik və abadlıq işləri görülüb, şəhərin bir çox yerlərində bayraqlar, insanların diqqətini cəlb edən lövhə və plakatlar asılıb. Bayramın təşkil edildiyi Teatr meydanı isə çox fərqli və özünəməxsus şəkildə bəzədilib.
Dünən bu meydandan keçib Mingəçevir Dövlət Dram Teatrının binasına üz turanların sayı-hesabı yox idi. İçəri girmək istəyənlər çox idi, ağzınacan dolmuş 400 nəfərlik salonda və lojada ayaq üstə dayanıb, bayram tədbirinə şahidlik edənlər də az deyildi. İllər boyu gənc şəhər adlandırdığımız Mingəçevirin 71 illik tarixinin işığına toplaşan insanların üz-gözündən təbəssüm yağırdı.

Bayram təntənəsi Heydər Əliyevin heykəli önünə tər çiçəklər qoymaqla baş-layıb. Mingəçevirlilər və qonaqlar Teatr meydanında şəhərimizin mədəniyyət kollektivlərinin və gənc idmançılarının çıxışlarına, daha sonra teatrın foyesində sərgilənən şəkil və rəsm əsərlərinə tama-şa ediblər. Şəhərin tarixi və bu günüylə bağlı sənədli filmə baxılıb, ilk qurucuları xatırlanıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 71 illik yubileyə toplaşanları təbrik edib. O, 1948-ci ilin noyabrından etibarən bir neçə əsas apar-ıcı obyektin tikilməsi ilə sənaye mərkə-zinə çevrilən şəhərin inkişaf yoluna nə-zər salıb, ulu öndərin hakimiyyətdə ol-duğu illərdə daha da çiçəkləndiyini, Azərbaycan Prezidenti İlham Əliyevin 16 il ərzində şəhərin sosial-iqtisadı inki-şafına 36 milyon manat vəsait ayırdığını vurğulayıb. Natiq deyib ki, bu gün də abadlıq-quruculuq işləri durmadan da-vam etdirilir. “Son bir ildə şəhərimizdə 34 yaşayış binasında təmir-bərpa işləri aparılıb. 136 binanın giriş hissəsində dəmir qapılar qoyulub. 1,4 ha sahəsi olan “Dostluq parkı”nda musiqili fəvvarə, mini futbol meydanşası, uşaq əyləncə mərkəzi yaradılıb. Şəhərin girişində isə 2,4 ha sahədə seyrangah yaradılması işlərinə başlanılıb”.
Mingəçevirlilərin əməyini yüksək qiymətləndirən İ.İsmayolov şəhərin həyatında fəal iştirak edənlərin bir qrupuna İH-nin Fəxri fərmanını təqdim edib.
Bədii hissəni Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin orkestri “Koroğlu” operasından Uvertüra ilə açıb. Teatrın aktyorları Qabil İbrahimli və Məlahət Ağayevanın söylədikləri şeir, Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlər Mahnı və Rəqs ansamblının rəqsləri, Əməkdar artist Zakir Əliyev, muğənnilər İntiqam Kərimov, Leyla İdrisova, aşıq Fəzail Misgərli, muğam ustası Ruzə İbişova və Gəncə Dövlər Filarmoniyasını solisti, Xalq artisti Şahnaz Haşımovanin çıxışları alqışlarla qarşılanıb. Şahnaz xanımın musiqi məktəbinin orkestrinin kaman ifaçısının müşaiyəti ilə muğam ifası isə surəkli alqışlara səbəb olub.

Şərhlər bağlıdır.