Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Heydər Əliyev meydanından Bayraq meydanınadək ümumşəhər yürüşü

Mingəçevirdə noyabrın 9-da Bayraq günü izdihamlı tədbirlə yadda qalıb. Şəhər rəhbərlərinin və ictimaiyyət fəallarının iştirakı ilə baş tutan yürüş Heydər Əliyev meydanından Bayraq meydanınadək uzanıb. İdmançı gənclər eni 7, uzunluğu 14 metr olan möhtəşəm üç rəngli bayrağı başları üzərində daşıyıblar. Onları əli bayraqlı digər həmyaşıdları müşayiət edib.
Daha sonra yürüş Bayraq meydanında coşqulu şənliklə davam edib. Mingəçevir şəhərinin tanınmış incəsənət xadimləri və Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı yetirmələri rəngarəng bayram proqramı ilə çıxış ediblər.

Şərhlər bağlıdır.