Bizimlə həyatınız həmişə işıqlı olacaq!

BÖLGƏLƏRƏ GƏLƏN QƏZETÇiLƏR

İyulun 10-dan avqustun 10-dək “Yeni nəsil” Jurnalistlər Birliyi və “Mingəçevir işıqları” qəzeti tərəfindən şəhərdə monitorinq aparılıb.
Öyrənilib:
 Hansı qəzetlərdən kimlər gəlib və nə istəyiblər?
 Onlar əsasən hansı müəssisələrdə olublar?

Təhsil şöbəsinə:
• “Korrupsiya və qanun” qəzetindəm 12.07.12-ci ildə xəbərlər şöbəsinin müdiri Əhmədov Vasif Əyyub oğlu
• “Sirr qapısı” qəzetindən 24.07.12- ci ildə xüsusi müxbir Qasımov Mehman Ənvər oğlu, fotomüxbir Əliyev Namiq Bəhram oğlu
• “Qanuna hörmət” qəzetindən 26.07.12 –ci ildə baş redaktor Əliyev Ramiz İslam oğlu.

Mərkəzi xəstəxanaya:
• “Ədalət carçısı” hüquq qəzetindən Rəfiqə Həsənova
• “Qanun və intizam” ictimai, siyasi və hüquq qəzetindən baş redaktor Vidadi Allahyar oğlu.
• “Əsrin güzgüsü” qəzetindən Şadmanov Ətraf Nəriman oğlu.

Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinə:
• “Qanun keşiyində” hüquq qəzeti 09.08.12-ci ildə saat 09.30-da Zeynalov Azay Səttar oğlu və özünü təqdim etməyən başqa bir nəfər gəlib.

Digər təşkilatlara
• “Rizigar” qəzetindən baş redaktoru Füzuli Ruzigar
• “Korrupsiya və qanun” qəzetindən Vasif Əhmədov
• “Qanun və cinayət” qəzetindən şöbə müdiri Elnarə İsmyılova
• “Qanuna hörmət” qəzetindən təsisçi və baş redaktor Ramiz Əliyev
• “Ədalətli carçı” qəzetindən müxbir Rəfiqə Həsənova
• “Sirr qapısı” İA-dan xüsusi müxbir Mehman Osmanov
• “Qanunun qüdrəti” qəzetindən xüsusi müxbie Əlibala Bilalov
• “Təhsil və problemləri” qəzetindən xüsusi müxbir Asil Əhmədov
• “Təhsil və təlim” qəzetindən redaktor Məqsəd Abdullayev
• “Hüquq və səlahiyyət” qəzetindən baş redaktor Mürsəl Rəfiyev
• Azərinfo Xəbər Agentliyindən baş redaktor Yusif Yusifov
• Qeyri-rəsmi məlumata görə, hesabat dövründə -iyulun 10-dan avqustun 10-dək Mingəçevirə gələn qəzet əməkdaşlarının sayı 60-dan artıqdır, lakin onların əksəriyyəti qeydiyyata düşməyib.

Turizm kollecinun direktoru Əyyub Əyyubov:
 “İndi passiv dövrdü, müəllimlər və tələbələr tətildədir. Ya məni tapa bilmirlər, ya da sentyabrdan başlayacaqlar gəlməyə. Bəlkə ona görə? Bəlkə də sərt münasibət görürlər məndən, ona görə görünmürlər. Mən bəzi reket qəzetlərin qara siyahıya salınması və jurnalistlərə qarşı ölçü götürülməsi ilə bağlı Mətbuat Şurasına şikayət etmişəm. Normal jurnalistləri qəbul edirik”
Mərkəzi Xəstəxananın baş həkiminin müalicə işləri üzrə müavini İlham Mayilov:
 “Jurnalist adı eşidəndə qıcıqlanıram. Gün ərzində neçə nəfər gəlir. Eləsi var ki, 5 manat, 10 manat istəyir. “Kirpi” qəzeti bizi lap boğaza yığıb. Deyir 20 manat mənə verməlisən, 50 manat da redaktoruma”.
Tibb kollecinin direktoru Fikrət Zeynalov:
 “Bilirlər ki, məzuniyyətdəyik. Belə üzdəniraq juralistlər sentyabrın 10-dan sonra, ən çox da sessiya qabağı gəlməyə başlayacaqlar”
Təhsil şöbəsinin işçisi Rəvanə Əsgərova:
 “Yayda az gəlirlər. Amma qiş aylarında gündə 10-15 nəfər olur. Hamısını da müdir yola salır”.

Şərhlər bağlıdır.