Qarabağ Əlilləri Cəmiyyətinin bir qrup üzvü bayram günü Şəhidlər Xiyabanına gəlib
İyunun 26-da Mingəçevirdə yaşayan Qarabağ qazilərinin və ictimaiyyət nümayəndələrinin bir qrupu Azərbaycan Silahlı Qüvvələrinin bayramı münasibətilə ulu öndərin abidəsi önünə gələrək, xatirəsini yad edib və Şəhidlər Xiyabanına gələrək, şəhid yoldaşlarının qəbirlərini və 20 Yanvar abidəsini ziyarət ediblər. Birinci qrup əlilliyi olan şəxs Əbülfət Babayev deyib ki, adətən ziyarətə daha çox gələnlər olacaqdı, sadəcə pandemiya ilə əlaqədar sosial məsafə gözlədikləri üçün bu missiyanı Qarabağ Əlilləri Cəmiyyətinin bir qrup üzvü yerinə yetirir: “Əziz döyüşçü qardaşlar! Biz buradan bir daha xalqımıza səslənirik. Düşünürük ki, xalqımız indiki bəladan da qurtaracaq və tezliklə düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcək. Yalnız o zaman burda yatan şəhidlərimizin ruhu dinclik tapacaq. Biz Qarabağ qaziləri yenidən silaha sarılmağa, döyüşə geməyə hazırıq”.
Şərhlər bağlıdır.