Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Qadın və uşaq hüquqlarının təbliği, zorakılığa qarşı mübarizə” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində gənclər üçün qadın və uşaqların
hüquqları, onların təbliği yolları, bu istiqamətdə cəmiyyətin
məsuliyyəti, zorakılıq halları və onun aradan qaldırılması
işinin təşkili, bu mənada cəmiyyət üzvlərinin sosial
məsuliyyətinin artırılması yollarının öyrədilməsi üçün
təlimlər keçilib.
“Cinsi Ayrıseçkiliyə Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyi
tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə
həyata keçirilən layihənin əsas məqsədi gənclərə qadın və
uşaqların hüquqlarının pozulması halları, onların aradan
qaldırılması və bu halı yaradanlara qarşı mübarizə üsulları,
qadına və uşağa qarşı zorakılıq hallarının azaldılması və
aradan qaldırılmasında cəmiyyət nümayəndələrinin
iştirakının artırılması və onları bu problemin aradan
qaldırılması istiqamətində təşəbbüslərə təşviq etməkdən
ibarətdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara
birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin
fəal üzvləri olan gənclərin cəmiyyətin mövcud probleminin
həlli istiqamətində sosial məsuliyyətinin artırılmasına fayda
verəcəkdir.

Şərhlər bağlıdır.