Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Problemin yaxşı ifadə edilməsi onun həllinin yarısıdır”

“Baxmayaraq ki, Mingəçevir Kür çayının sahilində yerləşir, onun park və xiyabanları susuzluqdan yanır. “Azərsu” Səhmdar Cəmiyyətinin nümayəndələri  şəhərdə yaşıllığın qəniminə çevrilib. Onlar ictimai su xətlərini bağlayaraq, havanın 40-42 dərəcəyə çatdığı yay günlərində çoxillik agaclarla yanaşı yeni əkilmiş ağacların da məhvinə fərac veriblər. Sakinlərin narazılıqları kütləvi hal alıb. Əksəriyyət imzatoplama kampaniyasına qoşulub. Əslində bu, su qıtlığı problemini aradan qaldırmaq üçün ən yaxşı vəkkillik fəaliyyətidir”.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev “İctimai martaqların dəstəklənməsi” üzrə təlim zamanı  mövcud durumda problemin qoyuluşunu izah edərkən belə deyib. Təlim iyulun 8-9-da Şərq-Qərb İdarəetmə İnsitutu tərəfindən Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) çərçivəsində təşkil edilib. 2 gün ərzində Mingəçevir, Goranboy, Bərdə və Yevlax QHT-ləri və ictimaiyyət nümayəndələri vəkillik fəaliyyətinin inkişaf etdirilməsi, qarşıya çıxacaq maneələr və çıxış yollarını birgə müzakirə ediblər.

Şərq-Qərb İdarəetmə İnsitutunun  (ŞQİİ) bacarıqların artırılması üzrə məsləhətçisi Dona Stiward deyib ki,  layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Quba, Xaçmaz, Gəncə və Mingəçevirdə icra olunur: “Vətəndaş cəmiyyətinin qurulmasında vəkillik fəaliyyəti vacibdir. Problemin yaxşı ifadə edilməsi onun həllinin yarısıdır. QHT-lər Dövlət strukturları ilə konstruktiv dialoq qurmalı və vəkillik fəaliyyətini inkişaf etdirməlidirlər”.

ŞQİİ-nun Aran bölməsinin regional direktoru Əhməd Məmmədzadə və Gəncə ofisinin nümayəndəsi Aynur İsmayılova vəkillik fəaliyyətinin  prinsipləri, əhatə dairəsi, cəmiyyətin sferaları, münasibətlərin nizamlanmasında vacib amillər v s. haqqında fikirlərini bölüşüblər. Nəzəri məlumatlandırmadan sonra təlim  iştirakçıları qazandıqları bilgiləri qrup işlərində tətbiq ediblər. Onlar ekologiya (suyun çirklənməsi), təhsil (təhsil kreditləri) və gender (qadın-kişi bərabərliyi) sahələrində problemin səbəblərini və nəticələrini müzakirə obyektinə çeviriblər.

Eyni zamanda hakimiyyət, icra strukturlarıyla konstruktiv dialoqun qurulması yönündə verilən məlumatlar iştirakçılar üçün faydalı olub. Rol oyunları bu münasibətin qurulmasında uğurlu və uğursuz elementləri müəyyənləşdirməyə imkan verib.

Şərhlər bağlıdır.