Cəmiyyət

“Şəhidlərimizin əmanətləri hər birimizin doğması və baş tacıdır”

40-dan çox gənc şəhid ailələrinin evində olub, xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib

Mingəçevir gəncləri 2019-cu ildən başladıqları ənənəyə sadiq qalaraq, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhidlərimizin bizə əmanətlərini təbrik edib və “Hər An Sizinləyik, “Şəhidlərimizin əmanətləri hər birimizin doğması və baş tacıdır” mesajını veriblər.

Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi şəhidlərinin analarını və həyat yoldaşlarını ziyarət edən Mingəçevir gəncləri hər zaman onların yanlarında olduqlarını vurğulayıblar. Ailə üzvləri gənclərə əzizlərinin həyatı, şərəfli döyüş yolu ilə bağlı məlumat verib, göstərdikləri diqqət və qayğıya, xüsusilə şəhidlərimizin xatirəsinə, onların əmanətlərinə hörmət və ehtiramla yanaşdıqlarına görə təşəkkür edib, Vətənə bağlı, həssas və düşüncəli gənclərlə qürur duyduqlarını bildiriblər.

Daha çox

Oxşar yazılar

Close