Hadisə

Mingəçevirdə təcili yardım maşını qəzaya düşüb

Mingəçevirdə çağırışa gedən təcili yardım maşını qəzaya düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bağlar yaşayış massivi 8-ci döngədə baş verib.

“Vaz 2106” markalı minik avtomobili ilə İlqar Sadıxovun idarə etdiyi təcili yardım maşınını toqquşub.  Hər iki avtomobilə ciddi ziyan dəyib, ambulans yarasız vəziyyətə düşüb. Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Daha çox

Oxşar yazılar

Close