Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağ şəhidi Rahim Tağıyev anılıb

Aprel döyüşlərində Mingəçevir şəhəri 4 şəhid verdi.  Onlardan biri qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Rahim Qara oğlu Tağıyevdir.

Rahimin şəhidliyini 3-cü  ildönümündə onun doğmaları və  hərbçi dostları,  İcra Hakimiyyətinin nümayəndələri Şəhidlər Xiyabanına gələrək, məzarını  ziyarət edib, ruhuna dualar oxuyublar. Şəhidin övladları – Ülkər, Nihat və Nicat ataları ilə fəxr etdiklərini və yaxşı oxuyub onun  arzularını yerinə yetirəcəklərini bildiriblər. Mərasimdə çıxış edənlər onun vətənpərvərliyindən, dostları isə Rahimlə bağlı xatirələrindən söz açıblar. Gizir Samiq Əzimov deyir ki, onunla bir gündə yaralanıb: “Məni Gəncədəki hərbi qospitala, Rahimi isə Bakı şəhərinə apardılar. Sonradan onun ölüm xəbərini eşidəndə çox sarsıldım. Onun 3 körpə övladı var idi. O, bizə övladlarından söz açar, onlarla nəfəs aldığını deyərdi. Biz bu gün onun övladlarına arxa, dayaq olmağa çalışırıq. Rahimin və digər şəhidlərimizin qanını isə yerdə qoymayacağıq. Torpaqlarımızı azad etmək  üçün döyüşə hər an hazırıq və  Ali Baş Komandanın əmrini gözləyirik”.

Rahim Tağıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ağır yaralanıb. Üç dəfə cərrahiyyə əməliyyat olunub, 3 ay 7 gün koma vəziyyətində qalıb. O, 2016-cı il iyulun 10-u  gözlərini əbədi yumub. Allah rəhmət eləsin.

Şərhlər bağlıdır.