Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Piyadaların yol hərəkəti qaydalarına əməl etmələrini yoxlamaq üçün reyd keçirilib

Mingəçevir Şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi növbəti dəfə piyadaların yol hərəkəti qaydalarına əməl etmələrini yoxlamaq üçün reyd keçirib. Reyd şəhərin piyada axınının intensiv olduğu küçə və prospektlərdə təşkil olunub.
Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək, öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlarla maarifləndirici söhbətlər aparılıb,  yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaraq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokol tərtib edilib. Həmçinin maskadan istifadə etməyən sürücü və sərnişinlər də aşkarlanıb. Onlara karantin qaydaları bir daha izah olunub, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib.

Şərhlər bağlıdır.