Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə motosiklet dirəyə çırpılıb, sürücü ölüb

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Dəli Kür” restoranının yaxınlığında qeydə alınıb.

İdarəetmədən çıxan motosiklet yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsini idarə edən, 1975-ci il təvəllüdlü Nehmətov Arif Səməndər oğlu aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.