Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə çimərliyə gedən yol istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Opel” markalı minik maşını şəhər sakini, 1940-cı il təvəllüdlü Süleymanova Adilə Əli qızını vurub.

Ayaq nahiyəsindən xəsarət alan qadın hadisəni törədən şəxs tərəfindən xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralının durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.