Bizimlə həyatınız həmişə işıqlı olacaq!

RİİB-in sosial layihələr müsabiqəsində iştirak etmək şansınızı qaçırmayın

259

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) avqustun 28-də Mingəçevirdə, Heydər Əliyev Mərkəzində QHT və ictimaiyyət nümayəndələri, tələbə elmi cəmiyyəti və gənclər təşkilatının, könüllülər hərəkatının üzvləri üçün informasiya sessiyası keçirib. Birliyin sosial layihə müsabiqəsinin rəhbəri Şahin Seyidzadə 20 noyabr 2019-cu ilədək davam edəcək müsabiqənin qaydaları barədə məlumatları bölüşüb. O, bildirib ki, ən yaxşı layihə təkliflərinə maliyyə dəstəyi veriləcək, amma fəaliyyət təkcə bununla bitmir: “Başqa qurumlardan fərqli olaraq bizim üçün hər kəs bir neçə layihə də verə bilər. Müsabiqəyə eyni iştirakçı tərəfindən bir neçə layihə təqdim olunduqda hər layihə üzrə ayrı-ayrı məsul şəxslər təyin edilməlidir. Mövzu məhdudiyyəti yoxdur, yəni real nəticə gözləyən, insanların həyat tərzini yaxşılaşdıra bilən hər bir təklifə açığıq. Söhbət konkret töhfə verə bilməkdən gedir. Eyni zamanda layihəyə cəlb olunan təşkilatların və fərdlərin ehtiyaclarını öyrənəcək, bilik və bacarıqlarını artırmaq üçün təlimlər də təşkil edəcəyik”.
Tədbirə toplaşanları müsabiqədə iştiraka dəvət edən Ş.Seyidzadə müsabiqənin şərtləri, iştirakçıların qeydiyyatı, layihə təkliflərinin qəbulu və qiymətləndirilməsi haqda danışıb və sualları cavablandırıb.
“Regional İnkişaf” İctimai Birliyinin sosial layihələr müsabiqəsində qeydiyyat forması ilə ətraflı tanış olmaq istəyənlər buradan səhifəyə daxil ola bilərlər.

Şərhlər bağlıdır.