Öz yazımıza başqasının gözü ilə baxa bilsək…
Emin Musəvi: “Bu gün xəbəri qısa və hamının başa düşəcəyi formada yazmaq lazımdır”, “İxtisaslaşmış jurnalistika bütün dünyada prioritetdir”, “Siz kontektinizi daha maraqlı etsəniz, daha çox qazanarsınız. Məhdudiyyətlər barədə yox, imkanlar barədə danışın. Özünüzü və kontektinizi daha mükəmməl etməyə çalışın”
Şəfəq Mehralıyeva: “Qısa yazmaq çox bacarıq tələb edir”, “Vikipediyada yazı üslubu rəqəmsal jurnalistika üçün yaxşı nümunədir”, “Öz yazınıza özgə gözü ilə baxın”, “Yalnız forma dəyişir, məzmun dəyişmir…Jurnalistin missiyası dəyişmir. Məqsəd ayrı-ayrı şəxsləri deyil, ictimai maraqları qorumaqdır”,
Bu fikirlər “Rəqəmsal Jurnalistikaya doğru” Proqramının ilk günündə səslənib. ZOOM platforması üzərindən iyunun 20-dək davam edəcək vebinar təlim Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi və Paşa Holdingin təşkilatçılığı ilə gerçəkləşir. İlk gün EHİM Rəqəmsal Kommunikasiyalar şöbəsinin rəhbəri Xəyalə Fətullayevanın moderatorluğu ilə keçib. Asan Radionun direktoru Emin Musəvi “Jurnalistikada son trendlər”dən, ADA Universitetinin Media və Kommunikasiyalar üzrə müəllimi Şəfəq Mehralıyeva isə “Jurnalistikada Etik Qaydalar və Media Qanunu”ndan danışıb.
Rəqəmsal Kommunikasiyalar üzrə mütəxəssis Aydan Abasquliyevanın dediyinə görə, 140-a yaxın jurnalistin müraciət etdiyi təlimə 42 nəfər seçilib.
#YenilikləriKəşfEt #RəqəmsalJurnalistikayaDoğru #eGovAzerbaijan
Şərhlər bağlıdır.