Hadisə

Mingəçevirdə yardım təşkilatlarından birinin nümayəndəsi kimi mənzilə daxil olan şəxs ev sahibinə xəsarət yetirib

Həmin şəxs ev sahiblərindən şəxsiyyət vəsiqələri istəyib, ardınca isə kişiyə bıçaq çıxarıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsi 81 ünvanında baş verib. Həmin binanın ikinci mərtəbəsindəki 22 saylı mənzilə daxil olan naməlum şəxs ev sahibi olan ahıl insanlara yardım məqsədilə gəldiyini deyib. Həmin şəxs ev sahiblərindən şəxsiyyət vəsiqələri istəyib, ardınca isə kişiyə bıçaq çıxarıb. Vəziyyətin qarət olduğunu anlayan xanımı  qışqıraraq kömək istəyib. 1953-cü il təvəllüdlü ev sahibi Musayeva Südabə Kamil qızının davranışından təlaşa düşən naməlum şəxs onun boyun nahiyəsinə stulu çırpmaqla qaçmağa nail olub. Qadına və şok keçirən yoldaşına tibbi yardım göstərilib. Baş vermiş hadisə ilə bağlı  araşdırma başlanıb.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close