Cəmiyyət

2025-ci ilədək kağız daşıyıcılardan canımız qurtara bilər

İTV-nin aparıcısı Vüsalə Səidin imicini dəyişməsinə nə səbəb olub?

“Əslində mənim saçlarım yanmışdı. Amma sonradan bu imicdə texnoloji xəbər aparıcısı kimi üzə çıxmalı oldum. Həm də adamlar məni Sofiyaya oxşadaraq deyirdilər ki, niyə də bizim öz Sofiyamız olmasın?!”         “Rəqəmsal Jurnalistikaya doğru” Proqramı üzrə bu gün keçirilən təlimdə ilk məruzəçi qismində çıxış edən  İTV-nin aparıcısı Vüsalə Səid jurnalistlərin suallarını cavablandırarkən belə deyib. O, televiziya xəbərlərinin kommodifikasiyası, texnoloji xəbərlər, onların ənənəvi xəbərlərdən əsas fərqi və necə hazırlanması barədə danışsa da, bir neçə iştirakçını daha çox bu xanımın imici maraqlandırıb.

EHİM, Strateji İnkişaf və Rəqəmsal Kommunikasiyalar departamentinin rəhbəri  Soltan Bayramov kağız daşıyıcılardan elektron mühitə keçid, reaktiv xidmətlər və yeni texnologiyalar dövrü barədə 2003-cü ildən başlayan və hazırda sürətlə davam edən poseslərə aydınlıq gətirib. O, izah edib ki, onların gərgin işinin nəticəsi son aylarda daha çox hiss olundu: “Xüsusən pandemiya dövründə onlayn icazələrin nə qədər vacib və əlçatan olduğunu hamı gördü.   “myGov”  portalının məqsədi, funksiyaları, üstünlükləri, giriş, qeydiyyat və təhlükəsizlik qaydaları haqda da söhbət açan S.Bayramov diqqətə çatdırıb ki, bu məlumatlara malik olmaq hər kəsə daha rahat, problemsiz yaşamaq imkanı verir: “Məsələn, indi siz asan ödənişlə  sistem üzərindən başqasına etibarnamə verə bilirsiniz… Bizim hədəfimiz budur ki, 2025 ilədək kağız daşıyıcılara ehtiyac qalmasın. Bunun üçün isə əhalinin, xüsusən regionlarda yaşayanların ciddi maarifləndirilməsinə ehtiyac var”.

ZOOM platforması üzərindən aparılan vebinar təlim Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzinin  təşkilatçılığı və Paşa Holdingin sponsorluğu ilə həyata keçirilir.

#YenilikləriKəşfEt #RəqəmsalJurnalistikayaDoğru #eGovAzerbaijan

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close