Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Öyrən, başla və tətbiq et!” adlı proqrama start verilib

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Quba ASAN xidmətində 18-29 yaş aralığında olan qadınlar arasında sosial sahibkarlığın təşviqi məqsədilə “Öyrən, başla və tətbiq et!” adlı proqrama start verilib.  Noyabr -dekabr aylarında davam edəcək proqramın ikinci həftəsi biznes təlimçısı Tural Abbaslı tərəfindən keçirilib. Təlim zamanı Quba-Xaçmaz bölgəsindən olan xanımlar ideyanın yaranması, biznes planın hazırlanması,iş bölgüsü haqda yeni bilgilər əldə ediblər.

Həftə sonları davam edəcək sessiyalar zamanı xanımlar yeni sosial biznes ideyaları hazırlayacaqlar. Qalib komandalara 3 ay müddətinə peşəkar mentorlar tərəfindən fərdi və onlayn məsləhətlər veriləcək, sosial biznes layihələrinə dəstək göstəriləcəkdir. 

Layihənin yekununda xanımlardan ibarət qrupun Bakı və Tbilisiyə mübadilə səfərləri təşkil olunacaq, eləcə də 2020-ci ilin aprel ayında keçiriləcək Sosial Sahibkarlıq Forumunda iştirak imkanları yaradılacaqdır.

Qeyd edək ki, proqram ASAN Xidmət, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin texniki tərəfdaşlığı ilə həyata keçirilir. Xanımlar üçün keçirilən ödənişsiz sosial sahibkarlıq proqramı Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə icra olunur.

Şərhlər bağlıdır.