Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Neft gəlirlərində sənin də payın var”

İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Mədən Hasilatlarında Şəffaflıq Təşəbbüsünün regionlarda təbliği” mövzusunda maariflndirici seminar  keçirilib. Tədbirdə Azərbaycanda neft hasilatı, MHŞT standartı  və onun əhəmiyyəti, hesabatlılıq və s. barədə ətraflı məlumat verilib.

Regional İnsan Hüquqları və Media Mərkəzinin rəhbəri Xalid Kazımov çıxışında bildirib ki, şəffaflıq yoxsulluğun azaldılması istiqamətində əhəmiyyətli sosial texnologiyadır: “Azərbaycan 2003-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün üzvüdür. Beynəlxalq təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, mədən hasilatında çalışan şirkətlər əldə etdikləri gəlir, ödədikləri ödənişlərlə bağlı hər il ictimaiyyətə məlumat verirlər. Bu gün QHT-in üzərinə düşən yük ondan ibarətdir ki,  hesabatlar tutuşdurulur, əldə olunan gəlirlər, onların xərclənməsindəki şəffaflıq məsələləri nəzərdə saxlanılır. Azərbaycanın hər bir vətəndaşına  neft hasilatından əldə olunan gəlirlərdən  müəyyən qədər pay düşdüyü üçün biz də çalışırıq ki, bütün ictimaiyyəti bu təşəbbüslə bağlı məlumatlandıraq”. .

Azərbaycan Dövlət İqtisad Universtietinin müəllimi Azər Mehdiyev “Neft gəlirlərində sənin də payın var”mövzusnda çıxış edib.

Şərhlər bağlıdır.