Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Maşının təkəri çıxdı və ölümlə nəticələnən hadisə baş verdi

Mingəçevir şəhərinin girəcəyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtomaşının təkərinin yerindən çıxması nəticəsində maşında olan sərnişinin biri –   1952-ci il təvəllüdülü Yusifova Qızpəri Dostməmməd qızı qabaq pəncərədən çıxmaqla, yola düşüb. Xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, Mingəçevir şəhəri, Təbriz  küçəsindəki 7 saylı evin 23-cü mənzilində yaşayırdı. Ailənin digər üzvü 40 yaşlı Ülviyyə Yusifova ağır bədən xasarətləri alaraq, Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin məlumatına görə, Ülviyyənin 4 qabırğası sınıb, başına qan sızıb və boyun nahiyəsində də ağır xəsarətlər baş verib.

Mərhumənin  əri Zeynəddin Yusifovun dediyinə görə, hadisə oğlunun maşınında baş verib: “Həyat yoldaşımı Göygöl şəhər xəstəxanasına aparmışdılar. Qayıdan zaman avtomobilin təkəri anidən çıxıb, arxadan sürətlə gələn avtomobilə çırpılıb. Bundan sonra toquşma baş verib”.

Şərhlər bağlıdır.