Bizimlə həyatınız həmişə işıqlı olacaq!

14 saylı məktəb əsaslı təmirdən sonra qapılarını açdı

839

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimayyətinin nümayəndələri məktəbə baxış keçiriblər

Mingəçevirdə əsaslı təmirdən sonra 14 nömrəli məktəb şagird və müəllimlərin istifadəsinə verilb. Yanvarın 4-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimayyətinin nümayəndələri məktəbə baxış keçiriblər. Onlar müasir standartlara cavab verən müxtəlif fənn kabinetlərinə, laboratoriyalara, idman və akt zallarına, kompüter otağı və yeməkxanaya baş çəkib, ibtidai sinif otaqlarında və kimya laboratoriyasında təhsil alan şagirdlərlə görüşüblər. Uşaqlar və müəllimlər belə şəraitdən razı qaldıqlarını, nümunəvi təhsillə məktəbin adını ucaldacaqlarını bildiriblər. İ.İsmayılov əsaslı təmiri aparan “ART-Proje” MMC–nin rəhbərliyinə razılığını, eyni zamanda diqqətdən  qaçan bəzi məqamları çatdırıb.
Təhsil ocağının direktoru Ramiz Əliyevin dediyinə görə, 1974-cü ildən fəaliyyət göstərən məktəb ilk dəfədir ki, əsaslı təmir olunub: “Təmirə ötən ilin aprel ayından başlanıb. Məktəb istilik sistemi ilə tam təchiz olunub. Hazırda 1176 yerlik məktəbdə 716 şagird Azərbaycan və rus bölmələrində təhsil alır. Onların təlim-tərbiyəsi ilə 83 müəllim məşğul olur”.
Mingəçevir İcra Hakimityyətindən aldığımız məlumata görə,  sn illər ərzində şəhərdə 10 məktəb binası əsaslı təmir olunub, 4 məktəb üçün yeni bina tikilib.

Şərhlər bağlıdır.