Muxtar Babayev: “Qış mövsümündə, yaz mövsümlərində yağış sularını yığaq ki, yay mövsümündə istifadə edə bilək”
Oktyabrın 22-də Mingəçevir və Ağdaşa səfər edən Ekologiya və Təbii Sərvətlər naziri M.Babayev “Mingəçevir işıqları” qəzetinə müsahibəsində bildirib ki, son illər quraqlıq artıb və bu səbəbdən də əsasən isti aylarda su çatışmazlığı baş verir, amma bu problemdə insan faktoru da mühüm rol oynayır. Məsələn, kanalların beton tikişlərinin sıradan çıxması nəticəsində sızmalar baş verir və bunun qarşısı alınmalıdır: “Cənab başçının da dediyi kimi, Mingəçvirdə əvvəllər ağacları içməli su ilə suvarırdılar, idi texniki su ilə edirlər…Bütün şəhərlərdə bu formada olmalıdır. Yağış sularının yığılması. Harda imkan varsa, yığmaq lazımdır. Qış mövsümündə, yaz mövsümlərində yağış sularını yığaq ki, yay mövsümündə istifadə edə bilək”.
Şərhlər bağlıdır.