Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Müvəqqəti ər”, yaxud “Bir gecəlik kəbin”

İyunun 24-də Mingəçevir Dövlət Dram Teatırında “Müvəqqəti ər”(“Hülləçi”) iki hissəli komediya ictimaiyyətə təqdim olunub. Məşhur türk yazarı Rəşad Nuri Güntəkinin əsəri əsasında hazırlanan tamaşa çox maraqlı süjet xətti ilə auditoriyanı güldürə-güldürə düşündürüb və ağladıb. Var-nemətə görə öz doğma qardaşını zərbə altına qoyan axırda özü də qazdığı quyuya düşüb və ən yaxınlarının lənətini qazanıb.

Burada baş qəhrəman olmadığından hər bir aktyor çalışıb ki, ifa etdiyi rolu əsas obraz kimi təqdim etsin. Bu baxımdan Xalq artisti Ella Yaqubova və Əməkdar artist Şıxı Yaqubovun,  digər aktyorlardam  Aydın Quliyev, Firuz Hacıyev, Hüseyn Mustafa, Fəridə Məmmədova, Elmira İbrahimova, Ruhəngiz Abdullayeva və Paşa Salmanovun özünəməxsus ifaları maraqlı və yaddaqalan olub.

Xalq artisti, tamaşanın qurluşçu rejissoru  Valeh Kərimov və teatırın direktoru Səxavət Məmmədov səhnəyə çıxaraq, fikirlərini bölüşdülər. Onlar aktyorları və tamaşaçıları teatrın repertuarına yeni bir sənət əsərinin daxil olması münasibətilə təbrik ediblər. Direktor onu da vurğulayıb ki, Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə mövsümün sonunadək başqa bir tamaşa da hazırlanaraq, teatrsevərlərin ixtiyarına veriləcək.

Tamaşanın bədii tərtibatı Əməkdar rəssam Rafael Haşimova, musiqi tərtibatı  Elnur Rəsulova məxsusdur. Məlahət Ağayeva isə rejissor köməkçisidir.

Yeri gəlmişkən, R.N.Güntəkinin eyni adlı əsəsri uzun illər öncə Mingəçevir teatrında mərhum rejissor və aktyor işləmiş İldırım Cabbarın quruluşunda “Hülləci” (“Bir gecəlik kəbin”) adı ilə səhnələşdirilmişdi.

Şərhlər bağlıdır.