QHT

“İnternet dövründə şəxsi həyatın qorunmasını necə təmin etməli?”

MİTDİB-nin “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda Mingəçevirdə keçirdiyi seminarda bu suala cavab axtarılıb

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  iyunun 25-də  “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat”  mövzusunda  ilk seminarını  keçirib.  “Mingəçevir işıqları” qəzetinin  nəzdindəki Media Mərkəzində baş tutan tədbirə Qərb bölgəsində fəaliyyət göstərən yerli KİV  nümayəndələri, paytaxt KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin yerli internet fəalları və QHT təmsilçiləri qatılıblar. Seminar Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat”  mövzusunda konfrans və seminarların  təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  xəbər istehsalçılarının  “Şəxsi həyat” barədə xəbər hazırlamağın şərtlərinə yanaşmaları  problemlidir: “Xüsusi kateqoriyalı fərdi məlumatlar”ın, onun mühüm qollarından  olan “Şəxsi həyat”ın  qorunması modern dünyada  insan hüquqlarının ən önəmli  prinsiplərindən  biri, həmçinin, onlayn medianın trend problemlərindən biri  kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi  “Şəxsi həyatın qorunması”nı ehtiva edir.  Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də “şəxsi həyat”a  aid informasiyaların qorunmasına, ona hörmətlə  yanaşılmasına təminat verir.  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri  başqalarının “şəxsi həyat” prinsipini pozmağa  görə  cinayət məsuliyyətini  nəzərdə tutur.  Mövzunun həssaslığını nəzərə alaraq, Milli Məclis “Fərdi məlumatların qorunması” adlı əlahiddə qanun da qəbul edib. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları» nın 3-cü Prinsipi də “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı”  mövzusuna  həsr edilib.  Amma internetin sürətli inkişaf etməsi ilə   bu sahədə problemlər də ortaya çıxıb,  “Şəxsi həyat”ın  qorunması mövzusu    aktuallaşıb. Sosial şəbəkələr ,  “Şəxsi həyatın qorunması” və digər bu kimi  prinsiplərin intensiv şəkildə pozulmasına yol açmaqla, mənfi təzahürləri də ortaya çıxarıb.  “İnternet dövründə şəxsi həyatın qorunmasını necə təmin etməli?” sualı  qlobal səviyyəli müzakirələrin mövzusuna çevrilib. Problemin aradan qaldırılması üçün  beynəlxalq təşkilatlar bir sıra modelləri müzakirəyə çıxarıblar.  Keçirdiyimiz seminarlarda iştirakçılara bu problemin  aradan qaldırılması yolları barədə məlumat verilir”

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  “Xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat və KİV adlı vəsait də çap  edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə  çıxış edən media eksperti Nəzirə Nurullayeva şəxsi həyat barədə informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər haqda seminar iştirakçılarını məlumatlandırıb.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close