28 May Respublika Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub. Fənn komissiyalarında və dəyirimi masa ətrafında Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti haqqında pedaqoq və tələbələrin iştirakıilə müzakirələr aparılıb. İstedadlı tələbələr arasında inşa və rəsm müsabiələri keçirilib və tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub. Tədbirlər silsiləsi “Şərqdə yaranan ilk demokratik respublika”adlı elmi-nəzəri konfransla davam etdirilib. Öncə bayram tədbiri iştirakçıları sərgiyə baxış keçirib, ardınca konfrans öz işinə başlayıb.
Konfransda ilk olaraq cumhuriyyət dönəmindən bəhs edən sənədli filmə baxış keçirilib. Ardınca Azərbaycan tarixinin cumhuriyyət dönəmindən bəhs edən məruzələr dinlənilib. Pedaqoqlar Ceyhun Abdullayev, Gülay İbrahimova və tələbə Ayşən Məmmədova müvafiq olaraq “1918-ci ilin 28 mayında müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti yarandı”, “Azərbaycanın milli bayramı – 28 May Respublika Günü”, “Azərbaycanın iyirminci əsr tarixində ən əlamətdar hadisə” mövzularında məruzələrlə çıxış edib. Çıxışlarda cumhuriyyət dönəmindən əvvəlki siyasi situasiya, müstəqil dövlətin təməlinin atılması, aparılan islahatlar, dövlətin süqutu və tariximizdə mövcud yeri barədə ətraflı məlumat verilib.
Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi –bədii kompozisiya ilə davam etdirilib.
Şərhlər bağlıdır.