MTK-da Milli Qurtuluş Günü
Mingəçevir Turizm Kollecinin fənn birliyi komissiyalarında keçirilən müzakirələrdə, dəyrimi masa ətrafı söhbətlərdə, tələbələr arasında təşkil olunmuş rəsm və inşa müsabiqələrində müstəqil Azərbaycanın qurucusu və əvəzolunmaz lideri Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətlərindən bəhs olunub. Bundan sonra ”Daim qürur hissi ilə xatırlayacağımız xilaskar” adlı elmi-nəzəri konfrans keçirlib.
Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov deyib ki, bu gün ölkəmizdə müşahidə olunan inkişaf, dünyanın əksər dövlətlərinin və xalqlarının qibtə iıə yanaşdığı dayanıqlı sabitlik xalqımızı uğurdan-uğura daşıyır: “Bu firavanlığın və asayişin təməlində Heydər Əliyev ənənələri dayanır”.
Heydər Əliyevin siyasi hakimiyyətinin hər iki dönəminə nəzər salan Ə.Əyubov onun Azərbaycan xalqı və dövləti naminə uzaqgörən, qətiyyətli və vacib addımlar atdığını xatırladıb, həmin ənənələrin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin gün-gündən beynəlxalq arenada daha güclü imicə sahib olduğunu bildirib.
Kollec Həmkarlar İttifaqı Komitəsinin sədri, iqtisad elmləri namizədi, dosent İbrahim Əyyubov, pedaqoqlar Ceyhun Abdullayev, Xatirə Rzayeva və Sevda Kərimova ”15 iyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin başlanğıcıdır”, “Uğurlu inkişaf yolu tutan sabit Azərbaycan ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsinin naliyyətidir” , ”Milli Qurtuluş Günü yeni tariximizin qürurverici və daim öyrəniləcək örnək səhifəsidir” və “Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasəti uğurla davam etdirilir” mövzularında məruzələrini səsləndiriblər.
Sonda pedaqoq Aydın Quliyevin rəhbərliyilə istedadlı tələbələrun hazırladığı bədii proqrama baxış keçirilib.
Şərhlər bağlıdır.